12:35 - 30.11.2020
30 noyabr, Fineko/abc.az. OPEC və bəzi OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin toplantısı ərəfəsində neft bazarındakı qeyri-müəyyənlik davam edir.
ABC.AZ xəbər verir ki, bu gün OPEC+ Müştərək Texniki Komissiyasının iclasının keçirilməsi gözlənilir. Toplantıda əsas müzakirə mövzuları son iclasdan ötən müddət ərzində qlobal neft bazarındakı inkişaflar və 2021-ci ilin birinci yarısının perspektivləri olacaq.
Dekabrın 1-də isə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin videokonfrans formatında iclası təşkil ediləcək.
Yığıncaqda “OPEC+”un neft hasilatına dair məhdudiyyətlərlə bağlı qərar verməsi nəzərdə tutulur.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026