Bu sənaye məhsulunun buraxılışı artıb – Hesabat

17:33 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında kimya sənayesində məhsul buraxılışı artıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, 10 ayda kimya sәnayesi, әczaçılıq mәhsullarının, rezin vә plastik kütlә mәmulatlarının istehsalı sahәlәrindә 901 milyon manatlıq mәhsul istehsal edilib.

Bu əvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә mәhsul buraxılışı әczaçılıq mәhsullarının istehsalında 8,8 dәfә, rezin vә plastik kütlә mәmulatlarının istehsalında 19,1 faiz, kimya sәnayesindә isə 13,2 faiz çoxalma deməkdir.