17:16 - 17.11.2020
17 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi bu ilin yanvar-oktyabr aylarında neft-qaz sektoruna qoyulan vəsait və bu dövrdə sənayedəki istehsal sahələrinin statistikası ilə bağlı hesabat aşıqlayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə sənaye məhsulunun 60,3 faizi mədənçıxarma sektorunda istehsal edilib.
Oktyabrda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 98,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 98 faiz olub.
Oktyabrın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər çalışıb. Yanvar-sentyabr aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3402 manat təşkil edib.
Müəllif: Elmir Murad
14 Avqust 2026
14 Avqust 2026