12:17 - 15.02.2018
15 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.
Dövlət başçısının mətbuat xidmətinin məlumatında deyildiyi kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç ilə görüşüb.
“Görüşdə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin icrasında şəxsi dəstəyinə və bu layihənin Avropa İnvestisiya Bankı (AİB) tərəfindən maliyyələşdirilməsinə görə Maros Şefoviçə minnətdarlığını bildirdi”, - məlumatda belə deyilir.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026