10:01 - 25.07.2026
25 iyul, Fineko/abc.az. TASS agentliyinin verdiyi məlumata görə, Xakasiya və Kemerovo vilayətinin sərhədində yerləşən Fyodorovsko-Kedrovskoye filiz qızılı yatağı 2025-ci ildə Rusiyada kəşf edilmiş ən böyük qızıl yatağı olub.
Geoloji kəşfiyyat işləri cəmi üç il ərzində tamamlanan yatağın ümumi filiz qızılı ehtiyatları 28 ton həcmində qiymətləndirilir. Mütəxəssislərin bildirdiyinə görə, yataqdakı süxurlar yüksək texnolojiliyi və asan zənginləşdirilməsi ilə fərqlənir.
Hazırda obyekt üzrə layihə sənədləşdirilməsi yekunlaşdırılır və gələcək qiymətləndirmə işləri resurs potensialını daha da dəqiqləşdirəcək.