Neft ucuzlaşır: Brentin bir bareli $91,86 təşkil edir

09:38 - 27.07.2026


27 iyul, Fineko/abc.az. Ötən həftənin yekunlarına görə qeydə alınan xeyli artımdan sonra, bazar ertəsi günü keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri aşağı düşür.

Saat 09:29-a olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersinin qiyməti $4,92 (5,08%) ucuzlaşaraq bir bareli üçün $91,86 təşkil edib. İyulun 24-də baş tutan ticarət əməliyyatlarının yekununda isə müqavilənin qiyməti $3,91 (3,88%) azalaraq bir bareli üçün $96,78-ə düşmüşdü.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin sentyabr fyuçersinin qiyməti saat 09:29-dək $4,62 (5,17%) ucuzlaşaraq bir bareli üçün $84,69-a enib. İyulun 24-də keçirilən ticarətin yekununda onun dəyəri $2,88 (3,12%) azalaraq bir bareli üçün $89,31 təşkil etmişdi.

Azərbaycanın "Azeri Light" markalı neftinin dünya bazarındakı qiyməti $6,37 (5,84%) azalaraq bir bareli üçün $102,73-ə düşüb.

Ötən həftənin yekunlarına əsasən, Brent markalı neft 9,85%, WTI 9,21%, "Azeri Light" isə 12,27% bahalaşıb.