17:11 - 16.11.2020
16 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında ölkədən 11 milyard 143,4 milyon kubmetr təbii qaz ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri 2 milyard 44,4 milyon ABŞ dolları olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ölkədən 9 milyard 590 milyon kubmetr təbii qaz ixrac edilmişdi. Həmin ixracın dəyərinə gəlincə isə bu, 1 milyard 882,5 milyon dollar olmuşdu.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026