17:07 - 16.11.2020
16 noyabr, Fineko/abc.az. Azərbaycandan 26 milyon 10,2 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi hesabat tipli məlumat yayıb. Hesabata əsasən, sözügedən dövrdə ixrac edilən neft və neft məhsullarının dəyəri 8 milyard 477,4 milyon ABŞ dolları olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni aylarında ölkədən 26 milyon 858 min ton xam neft və neft məhsulları ixrac olunmuşdu. İxracın dəyəri 12 milyard 965,2 milyon dollar təşkil etmişdi.
Müəllif: Elmir Murad