11:06 - 16.11.2020
16 noyabr, Fineko/abc.az. 2020-ci ilin üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 67 milyon dollar, əsaslı xərclərə isə təqribən 20 milyon dollar xərclənib.
ABC.AZ BP Azərbaycan şirkətinin hesabatına istinadən xəbər verir ki, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 469 milyon tondan artıq (3,52 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4595 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
İlk üç rüb ərzində isə BTC vasitəsilə təqribən 21,4 milyon ton (162 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 214 tankerə yüklənib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026