Azəri-Çıraq-Günəşlinin ümumi hasilatı nə qədər olub? - Hesabat

10:44 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi BP Azərbaycan şirkəti bəzi göstəricilər üzrə hesabat açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, üç rüb üçün Azəri-Çıraq-Günəşlidən (AÇG) ümumi hasilat – Çıraq (36 000), Mərkəzi Azəri (115 000), Qərbi Azəri (118 000), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (97 000) və Qərbi Çıraq (52 000) platformalarından birlikdə – gündə orta hesabla 482 000 barel və ya ümumilikdə təxminən 132 milyon barel, yəni 17.9 milyon ton olub.

Rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 39 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.