Bu əməliyyatlara 1 milyard dollardan çox pul xərclənib – BP Azərbaycanın hesabatı

10:36 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. 2020-ci ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 399 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 398 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.

ABC.AZ-ın məlumatına görə, bu barədə BP şirkətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, üçüncü rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam edib.

"Heydər Əliyev adına Dərin Özüllər Zavodunda dayaq blokunun payalarının inşası başa çatdırılıb, uğurla dənizə yola salınıb və platformanın dayaq blokunu qəbul etmək üçün dəniz dibində quraşdırılıb" deyə hesabatda vurğulanıb.