Neft bahalaşmaqda davam edir, Brent barrel başına $43,91 təşkil edir

10:08 - 12.11.2020


12 noyabr, Fineko/abc.az. Neft qiymətləri cümə axşamı Energetika Nazirliyinin ABŞ-da ehtiyatlara dair məlumatları fonunda artmaqda davam edir. Həftənin əvvəlindən neft 12% - dən çox artıb.

Saat 9: 27-də London ICE Futures birjasında Brent markalı neftin yanvar ayı üçün fyuçers qiyməti 0,11 (0,25%) – barrel başına 43,91 dollara yüksəldi. Noyabrın 11-də ticarət nəticələrinə görə, Brent yanvar fyuçersləri bir barel üçün $0,19 (0,44%), $43,80 qiymətinə yüksəldi.

Saat 9: 26-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin dekabr ayına olan fyuçersi $0,12 (0,29%) - barrel başına $41,57-ə yüksəldi. Noyabrın 11-də ticarət nəticələrinə görə, WTI-nin dekabr fyuçersləri $0,09 (0,22%) - $41,45-ə yüksəldi.