İranla Azərbaycan elektroenergetika sahəsində əməkdaşlıq edə bilər – Müzakirə aparılıb

11:20 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov ilə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi arasında videokonfrans formatında görüş keçirilib.

ABC.AZ-ın məlumatına görə, görüşdə Azərbaycan və İran arasında energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Danışıqlar zamanı İranla neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin icrası və digər məsələlər müzakirə olunub.