17:04 - 4.11.2020
4 noyabr, Fineko/abc.az. 2020-ci ilin 10 ayı ərzində Dövlət Neft Fondu Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə $3 milyard 57 milyon gəlir əldə edib.
ABC.AZ xəbər verir ki, bu barədə Fondun yaydığı məlumatda qeyd olunub.
Eyni dövrdə Şahdəniz yatağından (qaz və kondensat) $276 milyon gəlir əldə edilib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (1.1.2020 - 1.11.2020 tarixinə) $205 milyon təşkil edib.
Müəllif: Elmir Murad
12 Avqust 2026