10:11 - 2.11.2020
2 noyabr, Fineko/abc.az. Bazar ertəsi günü neftin qiyməti ötən ayın yekunları üzrə azaldıqdan sonra düşməyə davam edir.
Oktyabr ayında WTI markalı neft 11%, Brent isə 8,5% ucuzlaşıb.
Saat 9:33-də London ICE Futures birjasında Brent markalı neftin yanvar ayı üçün fyuçersi $1,22 (3,22%) – barrel başına $36,72-a düşdü. 30 oktyabr ticarət nəticələrinə görə, Brent-in yanvar fyuçersləri bir barelə $0,32 (0,8%), $37,94 qiymətinə düşüb. Cümə günü müddəti başa çatmış dekabr fyuçersləri $0,19 (0,51%) qiymətinə - barel başına $37,46-a qədər düşüb.
Saat 9:33-də Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin dekabr ayına olan fyuçersi $1,28 (3,58%) - bir barelə $34,51-ə düşdü. 30 oktyabr ticarət nəticələrinə görə, dekabr fyuçersləri $0,38 (1,05%) – $35,79-ə düşdü.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026