15:56 - 5.02.2018
5 fevral, Fineko/abc.az. Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) “Euroclear” hesablaşma sistemində hesab açmağı planlaşdırır.
MDM-in məlumatında deyilir ki, Mərkəz və “Euroclear” nümayəndələri arasında görüş keçirilib.
“Görüşdə irəlidəki əməkdaşlıq perspektivləri müzakirə olundu”, - məlumatda belə qeyd edilmişdir.
MDM hesablaşma sistemi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və “Euroclear”da hesab açmaq imkanını müzakirə edir.
MDM 1997-ci ildə yaradılıb. Təşkilatın nizamnamə kapitalı 2,7 milyon manata bərabərdir.
27 İyul 2026