15:18 - 5.10.2020
5 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankının İdarə Heyəti işğal altında olan torpaqlarımızın azadlığı, vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul edib və vəsait köçürülüb.
Bu barədə ABC.AZ-a Mərkəzi Bankdan bildirilib. Ölkənin əsas Bankından o da bildirilib ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bir aylıq əmək haqqını fonda ianə edib.
Mərkəzi Bankın əməkdaşları da bu könüllü tədbirdə fəal iştirak edirlər.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026