15:50 - 2.09.2020
2 sentyabr, Fineko/abc.az. Dövlət Neft Fondu sentyabrın 1-i tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
Fonddan ABC.AZ-a verilən məlumata görə, 1.1.2020 - 1.9.2020 dövründə (8 ayda) AÇG yatağı üzrə 2 milyard 657 milyon ABŞ dolları gəlir əldə edilib.
2020-ci ilin 8 ayı ərzində Şahdəniz yatağından (qaz və kondensat) 232 milyon ABŞ dolları, o cümlədən kondensatın satışından əldə olunan gəlirlər 166 milyon ABŞ dolları təşkil edib.
Müəllif: Elmir Murad
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026