10:16 - 29.01.2018
29 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər görür.
BNA-dan aldığımız məlumata əsasən, Agentliyə daxil olan müraciətlər əsasında, yanvar ayında 78 avtobus dayanacağı nişanı quraşdırılıb.
“Nişanlardan 37 ədədi mövcud avtobus dayanacaq məntəqələrində aparılan yenidənqurma işləri, 41 ədədi isə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilməsi zamanı quraşdırılıb”, - məlumatda belə deyilir.
Həmçinin bildirilir ki, yanvar ayında 4 piyada keçidi təşkil edilib.