Problemli kreditlərin həcmi açıqlanıb – 2 milyard manata yaxındır

15:48 - 21.07.2020


21 iyul, Fineko/abc.az. İyunun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 765,7 milyon manat olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, bu Mərkəzi Bankın təqdim etdiyi məlumatda qeyd olunub.

Bildirilin ki, ümumi kredit portfelinin 12 milyard 187,5 milyon manatı və ya 82,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Sözügedən dövrdə kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 84,8 milyon manat olub və ümumi kredit portfelinin 7,4 faizini təşkil edib.

Müəllif: Elmir Murad