Azərbaycan 2 yataqdan nə qədər gəlir götürüb? – Açıqlama

14:42 - 21.07.2020


21 iyul, Fineko/abc.az. Bu ilin ilk 6 ayında Azəri Çıraq Günəşli və Şahdəniz yatağından əldə olunan gəlirlər açıqlanıb.

Azərbaycan Dövlət Neft Fondundan ABC.AZ-a verilən məlumata görə, AÇG yatağından 2 206 mln. dollar, Şahdəniz yatağından 197 mln. dollar gəlir əldə edilib.

O cümlədən, bu ilin ilk 5 ayında Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 131 mln. dollar olub. Məlumatda qeyd olunub ki, Şahdəniz yatağından kondensatın satışından əldə edilən gəlirlər əvvəlki aylardan fərqli olaraq Şahdəniz yatağından daxilolmaların tərkibinə daxil edilib.

Müəllif: Elmir Murad