Azexport portalının keçmiş rəhbərinə vəzifə verildi – Təyinat

11:56 - 17.07.2020


17 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Tanınmış iqtisadçı-ekspert Zaur Qardaşova vəzifə verilib.

ABC.AZ report-a istinadən xəbər verir ki, Zaur Qardaşov KOBİA sədri Orxan Məmmədovun müşaviri təyin olunub.

Faktı təsdiq edən Z.Qardaşov vəzifəsinin icrasına bu gün başladığını qeyd edib.

Qeyd edək ki, o, bundan əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament müdiri, “Azexport” portalının rəhbəri vəzifəsində çalışıb və martın 1-dən vəzifəsindən ayrılıb.