10:55 - 2.07.2020
2 iyul, Fineko/abc.az. Avqustun 7-də “Göyəzən” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ABC.AZ xəbər verir ki, yığıncağın gündəliyinə “Göyəzən” ASC-nin hazırkı icra orqanının cəmiyyətin fəaliyyətinə aid ümumi yığıncağın qarşısında hesabatının verilməsi, ASC-nin hazırkı icra orqanının istefaya göndərilməsi, “Göyəzən” ASC-nin hazırkı icra orqanının (idarə heyəti sədrinin) seçilməsi məsələləri daxildir. Yığıncaq saat 10.30-da keçiriləcək.
Müəllif: Elmir Murad