12:00 - 19.01.2018
19 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev, Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birləşməsi ilə bağlı yayılmış sözlərə münasibət bildirib.
DGK-in rəhbəri deyib ki, belə qərarlar ölkə hökuməti tərəfindən qəbul edilir.
“Əgər belə bir qərar hökumət tərəfindən qəbul edilsə, o zaman biz, yeni şəraitdə işləməyə hazırıq”, - bunu Əliyev deyib.