16:03 - 22.07.2026
22 iyul, Fineko/abc.az. 2026-cı ilin ilk altı ayında Yaponiyanın ticarət balansı kəsiri 1,01 trilyon ien (6,2 milyard dollar) təşkil edib.
Bu barədə iyulun 22-də Yaponiyanın Kyodo News agentliyi hökumət məlumatlarına istinadən xəbər verib.
Maliyyə Nazirliyinin ilkin hesabatına görə, ilin ilk yarısında ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 13,7%, idxal isə 10,7% artıb.
Nazirliyin məlumatına əsasən, yalnız iyun ayında Yaponiyanın ticarət kəsiri 406,9 milyard ien olub.
Qeyd edək ki, ticarət balansı kəsiri idxalın ixracı üstələdiyi halda yaranır.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026