16:26 - 19.06.2020
19 iyun, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul edib.
Mərkəzi Bankdan ABC.AZ-a verilən məlumata görə, faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində müəyyən edilib.
Bu qərar pul siyasətinə həsr olunmuş son iclasdan keçən dövrdə illik inflyasiyanın azalması və valyuta bazarında stabilliyin davam etməsi, beynəlxalq konyunkturun nisbətən yaxşılaşması, istehlak tələbinin zəifləməsi və onun inflyasiya gözləntilərinə təsiri nəzərə alınmaqla qəbul edilib.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın elan edilən hədəf intervalında saxlanılması, maliyyə sabitliyinin qorunması və iqtisadi aktivliyin dəstəklənməsi prioritetləri arasında optimal balansın qorunmasına yönəldiləcək.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026