10:09 - 5.06.2020
5 iyun, Fineko/abc.az. İyulun 21-də saat 11.00-da “Bakı Sənaye-Tikinti” ASC səhmdarlarının illik ümumi iclası keçiriləcək.
ABC.AZ-ın məlumatına görə, gündəliyə 2019-cu ilin yekunları, Müşahidə şurasının üzvlərinin və sədrinin seçilməsi, icra orqanının seçilməsi məsələlərinin müzakirəsi daxildir.
İclas Bakı şəhəri, Çobanzadə küçəsi 310 nömrəli ünvanda keçiriləcək.
Müəllif: Elmir Murad