17:47 - 4.06.2020
4 iyun, Fineko/abc.az. Operativ Qərərgahın bu günki brifinqdə 190 manatlıq birdəfəlik ödəməyə də aydınlıq gətirilib.
ABC.AZ-ın məlumatına görə, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı brifinqdə deyib ki, 190 manatlıq birdəfəlik ödəmələrin iyun ayında verilməsi gündəmdə deyil.
O bildirib ki, bu ödənişlər tam karantin məhdudlaşdırması zamanı iş yerləri qapadıldığı üçün verilirdi: “Lakin həftəsonu iş yerləri işləmir. Amma artıq fəaliyyətləri davam etdirilir. Ona görə də 190 manatın verilməsi müzakirə olunmur”.
Müəllif: Elmir Murad