19:00 - 29.05.2020
29 may, Fineko/abc.az. Azərbaycanda koronavirusa ən çox yoluxma onun olduğu şəhərlərin adları açıqlanıb.
ABC.AZ xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərərgahda keçirilən brifinqdə məlumat verib.
O qeyd edib ki, Gəncədə 481, Sumqayıtda 259, Masallıda 47, İsmayıllıda 32, Qəbələdə 47, Beyləqanda 29 nəfər koronavirusa yoluxub: "Masallının Əlişanlı kəndində 12, Xaçmazın Köhnə Xaçmaz kəndində 12 yoluxma qeydə alınıb. Salyanda 114, Cəlilabadda 101 yoluxma qeydə alınıb".
Müəllif: Elmir Murad