14:50 - 20.05.2020
ABC.AZ Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, 91 nömrəli marşrut xəttinin istiqaməti Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə təşkil edilib. 92 nömrəli marşrut xəttinin istiqaməti Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə təşkil olunub. 202 nömrəli marşrut xəttinin isə son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı) təyin edilib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026