15:50 - 14.05.2020
14 may, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin adları açıqlanıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan bu ilin yanvar-aprel aylarında ən çox Rusiyadan məhsul idxal edib.
Belə ki, bu ilin 4 ayında ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 610,4 milyon ABŞ dolları, Türkiyədən 503 milyon dollar, Çindən isə 425 milyon dollar olub.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026