12:04 - 11.05.2020
11 may, Fineko/abc.az. Son 24 saat ərzində koronavirusa yoluxma hallarının aşkarlandığı Uhan şəhərinin Dusinhu rayonu orta təhlükə zonası kimi tanınıb.
ABC.AZ "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə rayon administrasiyası məlumat yayıb. Belə ki, aprelin 4-dən mayın 9-a kimi Uhan şəhərində koronavirusa yoluxma qeydə alınmayıb. Lakin, Hubeydə mayın 9-da ötən gün virusun 16 yeni daşıyıcısı aşkar olunub. Hazırda bütün əyalət üzrə həkimlərin müşahidəsi altında 616 virus daşıyıcısı var. Dusinhu rayonunda isə 5 nəfərdə koronavirus aşkarlanıb.
4 Avqust 2026
4 Avqust 2026