17:03 - 8.05.2020
8 may, Fineko/abc.az. İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər üçün birdəfəlik ödəmənin (190 manat) verilməsi prosesi “Azərpoçt” MMC-nin poçt şöbələrində yekunlaşmaq üzrədir.
ABC.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proqram üzrə 600 min şəxsə aprel ayının ödənişi bank filiallarına və poçt şöbələrinə köçürülüb.
Layihə üzrə 590 mindən artıq vətəndaşa ödənişlər “Azərpoçt” MMC, qalan hissəsi isə müvafiq banklar tərəfindən həyata keçirilib. Birdəfəlik ödəmə vəsaiti “Azərpoçt” MMC-yə köçürülən, yəni aprel ayı üzrə müavinətini hələ də almayan vətəndaşlar istənilən poçt şöbəsinə və “Şəbəkə” Xidmət Mərkəzinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər.
Qeyd edək ki, “Azərpoçt” MMC xüsusi karantin rejimində bir sıra sosial layihələrin icrasına da dəstək verir. Belə ki, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, həmçinin fermerlərə qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasını davam etdirir. İnsanların qapalı məkanlarda kütləvi toplanmasının qarşısını almaq üçün “fermer kartları” “Azərpoçt” filialları vasitəsilə fermerlərin ünvanlarına çatdırılır.
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026