14:38 - 8.05.2020
8 may, Fineko/abc.az. Mikro sahibkarlıq subyektlərinə tətbiq olunan müvəqqəti vergi rejiminin detalları məlum olub.
ABC.AZ-ın məlumatına görə, vergi rejimi aşağıdakı sahələrdə olacaq.
- sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi;
- 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.
Bütün sahibkarlıq subyektlərini əhatə edən aşağıdakı vergi güzəştlərinin verilməsi nəzərdə tutulur:
- epidemiyanın qarışının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması;
- əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi.
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026