11:12 - 12.01.2018
12 yanvar, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadəni qəbul edib.
Nazirliyin məlumatında deyildiyi kimi, görüş əsnasında tərəflər, Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə dair müzakirə aparıblar.
“Həmçinin, İran-Azərbaycan hökumətlərarası komissiyasının 12-ci iclasının keçirilməsi məsələsi və Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsi məsələsi müzakirə olunmuşdur”, - məlumatda belə deyilir.
Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədridir.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026