190 manat ödənişi may ayında belə veriləcək - Açıqlama

10:53 - 6.05.2020


6 may, Fineko/abc.az. Daha 100 min şəxsə birdəfəlik ödəniş edilib. 


ABC.AZ xəbər verir ki, bununla da 600 min şəxsə aprel ayının ödənişi yekunlaşıb və Əmək və Əhalinin Müdafiəsi Nazirliyi birdəfəlik ödəmə edilənlərin siyahısını açıqlayıb. 

Bununla da pandemiya ilə əlaqədar mühüm sosial dəstək proqramlarından biri olan birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel ayına dair ödənişlərin olunması prosesi yekunlaşıb.              

Qeyd edək ki, may ayına dair birdəfəlik ödənişləri isə həmin vətəndaşlar bank kartları vasitəsilə alacaqlar. Nazirliyin sifarişi ilə hazırlanan kartlar banklar tərəfindən hazırda onlara tədim edilir.  

Müəllif: Elmir Murad