17:30 - 5.05.2020
5 may, Fineko/abc.az. Koronavirusa qarşı mübarizədə media böyük rol oyanır.
ABC.AZ xəbər verir ki, bunu Koronovirusla Mübarizə Fonduna nəzarət üçün yaradılmış İctimai Şuranın digər üzvü Fərhad Bədəlbəyli deyib.
O bildirib ki, televiziyalar ciddi sujetlər verməlidirlər, əyləncə bir qədər sonra olar: "Fonda kimsə 1 milyon, kimsə 1 manat verib, bunun fərqi yoxdur, bunlar xalqın pullarıdır. Səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki, tibbi avadanlığa vəsait lazım deyil, dövlət hər şeyi təmin edib. Təklif olunur ki, həkimlərin ailə üzvlərinin sığortasına pul yönləndirilsin. Vətəndaşların hərəkəti ilə bağlı monitorinq aparılmalıdır. Bulvar bağlıdır, amma insanlar çimərliklərdə gəzirlər. İnsanlar inanmır, amma inanın ki, bu bəla var".
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026