65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına nə vaxt icazə veriləcək? - Açıqlama

17:48 - 1.05.2020


1 may, Fineko/abc.az. Bakıda 65 yaşdan yuxarı şəxslərin evdən çölə çıxması icazəsi məsələsinə baxılır.

ABC.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, mayın 11-dən sonra onlarla bağlı qərar qəbul edilməsi planlaşdırılır.

İ.Məmmədov restoranların açılması məsələsinə də toxunub. "Bakıda restoranlar bağlıdır və SMS icazəsi qüvvədədir" deyə o qeyd edib.

Müəllif: Elmir Murad