320 min şəxsə 190 manat verilmədi - Səbəb

16:40 - 30.04.2020


30 aprel, Fineko/abc.az. İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət etmiş şəxslərdən 320 min şəxsin adına aktiv əmək müqaviləsi olduğu müəyyən olunub.

ABC.AZ xəbər veriir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qanunvericiliyə uyğun olaraq, Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olan şəxslər işsiz hesab edilmirlər və onlara birdəfəlik ödəmə təyin edilmir.

Bu səbəbdən aktiv əmək müqaviləsi aşkar edilən həmin 320 min şəxsə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.

Müəllif: Elmir Murad