“AGBank” və “NBCBank” ilə bağlı açıqlama - Qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir

19:40 - 28.04.2020


28 aprel, Fineko/abc.az.  Müvəqqəti inzibatçı təyin edilmiş iki bank - “AGBank” ASC-də və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən digər 2 bank “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib. 

 

 

Müəllif: Elmir Murad