14:53 - 28.04.2020
28 aprel, Fineko/abc.az. Aprelin 27-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbəti iclası keçirilib.
ABA-dan ABC.AZ-a bildirilib ki, əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə 16 saylı qәrarın tətbiqi mexanizminin müzakirəsi olub.
ABA üzvləri koronavirus (COVID-19) pandemiyasının yaratdığı neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə rəhbərliyinin uzaqgörən və düşünülmüş siyasətinə əsaslanaraq genişmiqyaslı işlərə başlanıldığını, Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi və digər əlaqədar qurumların iştirakı ilə müvafiq işçi qrupları yaradılmasını və Banklar Assosiasiyasının da bu qruplarda təmsil olunduğunu xüsusi ilə vurğulayıblar.
Banklar Assosiasiyasının üzvləri bu kompleks və sistemli tədbirlərin davamı olaraq Mərkəzi Bank tərəfindən əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər planını rəhbər tutaraq mövcud vəziyyəti təhlil etməklə sənəddə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı bəzi praktik məqamları müzakirə edib və meydana çıxan sualları cavablandırıblar.
Müəllif: Elmir Murad
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026