Daha bir bank hesabat verdi- 2 milyon manatdan çox əməliyyat mənfəəti əldə edib

14:14 - 20.04.2020


20 aprel, Fineko/abc.az.  "Naxçıvanbank" 2020-ci ilin 1-ci rübünün nəticələrini açıqlayıb.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 2 milyon 696 min manat, faiz xərcləri cəmi 171 min manat təşkil edib. 

Bu dövrdə bankın qeyri-faiz gəlirləri 1 milyon 279 min manat, qeyri-faiz xərcləri 1 milyon 196 min manat olub. Nəticədə "Naxçıvanbank" 1-ci rübü 2 milyon 608 min manat əməliyyat mənfəətlə başa vurub. 

 

Müəllif: Elmir Murad