12:12 - 20.04.2020
20 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 200 mln. manat cəlb edib.
“AMB aprelin 20-də növbəti depozit hərracı keçirib və bu hərracda 200 mln. manat cəlb edib. Hərrac zamanı tələb 480,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026