12:11 - 9.10.2017
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmirini davam etdirir.
QSC-nin məlumatına əsasən, Ucar–Əlikənd mənzilində 9,5 km dəmir yolunun əsaslı təmiri başlanıb.
“Bu hissənin təmiri bir həftə davam edəcək”, - məlumatda belə deyilir.
14 aprel 2015-ci il tarixində “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin ikinci mərhələsinin reallaşdırılması üçün, ADY QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkəti arasında İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Müqavilədə, Bakı-Böyük Kəsik dəmir yolunun 600 km hissəsinin maddi və texniki təchizatı və əsaslı təmiri nəzərdə tutulur. Bu günə kimi ikinci mərhələ çərçivəsində 348 km yol təmir edilib.
30 İyul 2026