10:43 - 17.04.2020
17 aprel, Fineko/abc.az. Xəbər veridiyimiz kimi ARDNF bu ilin yanvar-mart ayları ərzində aparılan işlərlə bağlı bəzi statistik məlumatlar açıqlayıb.
ABC.AZ Fonda istinadən xəbər verir ki, ARDNF-in xərclərindən sözügedən dövrdə 60,9 milyon manat məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə yönəldilib. Bu müddət ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri isə 5,9 milyon manat təşkil edib.
Ötən rüb ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 2 milyard 148,6 milyon manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-nin büdcədənkənar xərci kimi 281,1 milyon manat təşkil edib.