Daxili uçuşlar bərpa olunur? - Açıqlama

17:55 - 16.04.2020


16 aprel, Fineko/abc.az.  Azərbaycanda daxili uçuşlar bərpa oluna bilər.

ABC.AZ-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. 

O bildirib ki, hazırda bununla bağlı danışıqlar və müzakirələr aparılır: "Naxçıvandan Bakıya uçuşların həyata keçirilməsinə də baxıla bilər. Bilirsiniz ki, Naxçıvan blokada şəraitindədir. Lakin Naxçıvanla bağlı lazımi tədbirlər görülüb”.

 

Müəllif: Elmir Murad