11:15 - 13.04.2020
13 aprel, Fineko/abc.az. Xüsusi karantin rejimi ilə əlaqədar aprelin 12-i saat 00:00-dan 13-ü 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 503 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
ABC.AZ Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) istinadən xəbər verir ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Müəllif: Elmir Murad