Hazırda e-sosial.az-dan 1 günlük istifadə sayı ötən bir ilin göstəricisindən yüksəkdir - Fazil Talıbov

17:07 - 10.04.2020


10 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov özünün sosial şəbəkədəki hesabında e-sosial.az portalına vətəndaşların pensiya, müavinət, təqaüd, digər sosial ödənişlər, məşğulluq, əlillik və əmək münasibətləri üzrə müraciətlərin statistikasını açıqlayıb.

ABC.AZ xəbər verir ki, nazirlik rəsmisi bildirib ki, təkcə 1-9 aprel tarixlərində portaldan 13 milyon 200 min baxış-istifadə olub.

Onun sözlərinə görə, bu bir günə 1 milyon 460 min baxış-istifadə deməkdir. F. Talıbov müqayisə apararaq qeyd edib ki, 2019-cu il ərzində isə e-sosial.az-dan baxış-istifadə sayı  1 milyon 300 min olub. "Nəticədə  hazırda portaldan 1 günlük istifadə sayı ötən bir ilin göstəricisindən yüksəkdir" deyə nazirlik rəsmisi bildirib.

Müəllif: Elmir Murad