15:32 - 9.04.2020
9 aprel, Fineko/abc.az. Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitin xərclənmə mexanizmi açıqlanıb.
ABC.AZ xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-yə qonaq olarkən deyib ki, vəsaitin xərclənməsi zamanı şəffaflıq maksimum təmin olunacaq.
Onun sözlərinə görə, bununla bağlı komissiya yaradılacaq: "Komissiyada alimlər, deputatlar, maliyyəçilər, iqtisadçılar olacaq. Həmin adamlar qərar verəcək ki, istiqamət hara xərclənsin. Onlar həm də vəsaitin xərclənməsinə nəzarət edəcəklər.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytında vəsaitin xərclənməsi bölümü var. O bölməyə vətəndaşlar daxil olub hər bir qəpiyin hansı istiqamətə xərcləndiyi haqqında məlumat ala biləcək”.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110,847,432 manat yardım köçürülüb.
Müəllif: Elmir Murad
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026