11:13 - 8.01.2018
8 yanvar, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı - Böyük Kəsik yolunun əsaslı təmirini həyata keçirməyi davam edir.
ADY-nın məlumatında deyilənə əsasən, Şəmkir-Alabaşlı mənzilində 8,6 km yolun əsaslı təmirinə başlanılıb.
“Həmin sahənin təmiri beş gün davam edəcək”, - ADY-nın məlumatında belə deyilir.
14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.
Bu günə kimi 2-ci mərhələ çərçivəsində 430 km dəmir yolu əsaslı təmir olunub.
30 İyul 2026
29 İyul 2026